Cahangir Əsgərov prezident postundan getdi –Nazir İnam Kərimov yeni rəhbər seçildi

Bu gün Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransı keçirilib.

Apasport.az saytının məlumatına görə, tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunub.

Federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat verildikdən sonra AAAF-ın rəhbərliyinə seçkilər keçirilib. Azərbaycan Kənd Təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Ağır Atletika Federasiyasına yeni prezident seçilib.

Qeyd edək ki, buna qədər AAAF-a “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov rəhbərlik edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Rusiya xəbərdarlıqsız hücum edə bilər” –

Sonrakı məqalə

Ramiz Mehdiyevin istefa ərizəsi qəbul olundu