“Rusiya xəbərdarlıqsız hücum edə bilər” –NATO Baş katibi

Rusiya xəbərdarlıq etmədən Ukraynaya hücuma başlaya bilər.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq Litva prezidenti Gitanas Nauseda və Estoniyanın baş naziri Kaja Kallas ilə söhbətində deyib.
Baş katib Donbasda rus qoşunlarının sayının artırılmasının bütün Avropa üçün təhlükə yaratdığını bildirib.
Stoltenberq onu da qeyd edib ki, Ukrayna sərhədi yaxınlığında cəmləşən Rusiya əsgərlərinin sayı təlimlərdə iştirak etmək üçün lazım olan saydan xeyli çoxdur: “Biz hazırda Avropada soyuq müharibədən sonra hərbi qüvvələrin ən böyük cəmləşməsini görürük”.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Kəşfiyyat məlumatlarına əsaslanıb” –

Sonrakı məqalə

Cahangir Əsgərov prezident postundan getdi –