“Camaatın kredit borclarını silin” –Deputatdan Mərkəzi Bankın yeni sədrinə müraciət

“Bank borcları, faizləri bu gün əsas problemdir. Azərbaycanda elə ailə tapmaq olmaz ki, faizlər onları əzməsin”.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

Deputat bildirib ki, yoxsul ölkələrdə, o cümlədən Azərbaycanda da kredit faizləri yüksəkdir: “Camaat qazandığının hamısını borca verir. Biz Milli Bankın İdarə Heyətinə yeni sədr təyin etdik. Ondan xahiş edirəm ki, biz kredit faizlərinə 5-6% limit qoyaq, faizləri, borcları silək. Xalqımızı əzən borc sistemi haqqında yeni rəhbərlik qərar qəbul etsin”.

Əvvəlki məqalə

Saakaşvili sabiq prezidentin partiyasına sədr təyin olunmasına razılıq verib

Sonrakı məqalə

“Ermənistan Naxçıvana gedəcək yolların koordinatlarını hələ də verməyib” –