Çavuşoğlu:“Aya-Sofya ilə bağlı heç bir ölkə Türkiyəni ittiham edə bilməz”

“Aya-Sofya qətiyyən beynəlxalq müstəvidə müzakirə ediləcək mövzu deyil. Bu, milli suverenlik məsələsidir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib.

O bildirib ki, Aya-Sofya ilə bağlı heç bir ölkə Türkiyəni ittiham edə bilməz: “1453-cü ildə İstanbulun fəthi ilə Osmanlının əmlakı olan Aya-Sofya Türkiyənin mülkiyyətindədir. ABŞ irqçilik, müsəlman düşmənçiliyi, ksenofobiya problemlərinin həllini düşünməlidir. 1972-ci ildə UNESCO-da qəbul edilən sazişə görə, hər hansı bir mülkiyyətin tarixi quruluşuna toxunmadan onu məscid və ya başqa bir şəkildə istifadəyə verilməsi əmlak sahibinin öz hüququdur”.

Nazir qeyd edib k, Aya-Sofiyanın məscid kimi istifadəyə verilməsi ilə bağlı Dövlət Şurası qərar verəcək: “Şuranın qərarını gözləyirik”.

Cavuşoğlu Yunanıstanın bu məsələdə mövqeyini də şərh edib: “Dini inanc mövzusunda dünyaya dərs verə biləcək ən sonuncu ölkələrdən biri Yunanıstandır. Avropada müsəlmanların ibadəti üçün məscidin olmadığı yeganə paytaxt Afinadır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

XİN başçısı:

Sonrakı məqalə

Nazir müavinləri Ceyranbatan su anbarı yaxınlığında yanğın baş verən əraziyə gəlib