Çavuşoğlu ATƏT-in Baş katibi ilə Qarabağı müzakirə edib

05 Oktyabr 2021 - 20:30

Polşada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ATƏT-in Baş katibi Helqa Şmid arasında görüş keçirilib.

Bu barədə Türkiyə XİN rəhbəri “Twitter”də bildirib.

Nazirin sözlərinə görə, görüşdə Əfqanıstan, Qarabağ və Ukraynadakı son vəziyyət müzakirə olunub.

Görüş zamanı ATƏT-də islahatlar barədə də müzakirə aparılıb.