Çavuşoğlu Azərbaycana gəlir

Türkiyə Respublikasının xarici işlər naziri Mövlüd Çavuşoğlu Azərbaycana səfər edəcək.

APA-nın xəbərinə görə, o, sabah Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.

Mövlud Çavuşoğlu bu gün NATO Xarici İşlər Nazirlərinin fövqəladə iclasında iştirak edib.

Bu barədə o “Twitter” hesabında paylaşım edib.

Nazir iclasda Ukraynada baş verən hadisələrin müzakirə edildiyini bildirib: “Müttəfiqlər olaraq, Ukraynanın siyasi birliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avropa Komissiyası Rusiya ilə elmi əməkdaşlığı dayandırdı

Sonrakı məqalə

Buraxılış imtahanlarının nəticəsi aprelin 1-nə qədər elan olunacaq