Çavuşoğlu və Ceyhun Bayramov Qarabağdakı son vəziyyəti müzakirə edib

19 May 2021 - 12:40

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışıb.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilib.

Telefon söhbətində Azərbaycanın Qoşulmama Hərəkatına (NAM) müddətli rəhbərlik etməsi, Fələstindəki son hadisələr müzakirə edilib.

Bundan əlavə, Qarabağdakı son hadisələr barədə də fikir mübadiləsi aparılıb.