Məşhur müğənni və kino aktrisası Cenifer Lopes film çəkilişi vaxtı ölümdən dönüb.
Azpost.info bildirir ki, bu barədə aktrisa BuzzFeed-də özü danışıb. “Atəş altında toy” filminin çəkilişi zamanı Lopes qayadan sürüşüb.
Onu aktyor həmkarı Dyuamel Coş xilas edib. “Çəkiliş zamanı bizim əllərimiz qandalla bir-birimizə bağlanmışdı. Epizod çəkilərkən az qala yıxılacaqdım, Dyumel özünü itirmədi, məni saxladı”-deyə Lopes bildirib.
Filmin çəkilişləri Dominikanda aparılıb.