Cenifer Lopes çəkiliş zamanı ölümdən döndü –VİDEO

Məşhur müğənni və kino aktrisası Cenifer Lopes film çəkilişi vaxtı ölümdən dönüb.

Azpost.info bildirir ki, bu barədə aktrisa  BuzzFeed-də özü danışıb. “Atəş altında toy” filminin çəkilişi zamanı Lopes qayadan sürüşüb.

Onu aktyor həmkarı Dyuamel Coş xilas edib.  “Çəkiliş zamanı bizim əllərimiz qandalla bir-birimizə bağlanmışdı. Epizod çəkilərkən az qala yıxılacaqdım, Dyumel özünü itirmədi, məni saxladı”-deyə Lopes bildirib.

Filmin çəkilişləri Dominikanda aparılıb.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.