Cenifer Lopes imicini kəskin dəyişib –FOTO

Bir ilə yaxındır ki, Ben Affleklə xoşbəxt həyat sürən məşhur müğənni və aktrisa Cennifer Lopez sosial şəbəkədə yeni imicdə foto paylaşıb.

Azpost.info bildirir ki, Lopes 247 milyon izləyicisi olan səhifəsində qaşlarını örtən yeni saç düzümü nümayiş etdirib.

Şərhlərdə izləyicilər buna müxtəlif reaksiya veriblər.  “Kraliça”, “Həmişə olduğu kimi qəşəng”, “Hər hansı bir saç düzümü ilə yaxşıdır”- deyə pərəstişkarları yazıb.

Amma tənqid edənlər də olub: “Parikə oxşayır”, “Həddindən artıq fotoşop olunub”, “Bu saç düzümü 53 yaşlı qadına deyil, 20 yaşlı qadına aiddir” – deyə bir sıra istifadəçilər iynəli atmacalar yazıb.

Azpost.info

Əvvəlki məqalə

Britaniya və İsveç Çini Rusiyaya yardım etməməyə çağırıb

Sonrakı məqalə

“Səudiyyədə xoşbəxtəm, daha çox qol vuracağam” –