Çexiyada Stalinin heykəli satışa çıxarıldı

Çexiyanın paytaxtı Praqanın 50 kilometrliyində yerləşən Komarov şəhərinin meriyası İosif Stalinin heykəlini hərraca çıxarıb.

CT24 telekanalının verdiyi məlumata əsasən, müvafiq elan şəhər administrasiyasının saytında yerləşdirilib.

30 ildən artıq anbarda saxlanılan heykəlin satışı yazılı hərrac formasında həyata keçiriləcək. Lotun ilkin dəyəri 20 min kron (təqribən 700 avro) təşkil edir.

Bildirilir ki, şəhər hakimiyyəti belə bir addımı büdcədə vəsait çatışmadığı üçün atıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Beş ildir bağda yaşayıram, əkib becərmə ilə məşğul oluram” –

Sonrakı məqalə

“Xəzər” TV-nin maliyyə departamentinin rəisi vəzifəsindən azad edilib