Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində ABŞ Prezidenti Co Bayden tərəfindən təşkil edilən qəbulda iştirak edib.
Bu barədə XİN-in “X” platformasında məlumat verilib. Qəbul çərçivəsində Azərbaycan XİN rəhbəri ABŞ Prezidenti Co Baydenlə görüşüb.