Ceyhun Bayramov alim Möhsin Fəxrizadənin qətlə yetirilməsi ilə bağlı iranlı həmkarına başsağlığı verib

Noyabrın 29-da Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının Xarici İşləri naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Ceyhun Bayramov İranın Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri, alim Möhsin Fəxrizadənin terror hücumu nəticəsində qətlə yetirilməsi ilə bağlı İranlı həmkarına başsağlığı bildirib.

Azərbaycanın terrordan əziyyət çəkən bir ölkə kimi terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə pislədiyi vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xankəndinə gedən Rusiya sülhməramlılarını və texnikanı Azərbaycan hərbçiləri müşayiət edib-

Sonrakı məqalə

Bayrağa görə BDU-dan qovulan tələbə bərpa olundu