22 iyul 2025-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb.
AzPost bildirir ki, bu barədə XİN-dən məlumat verilib.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.