Ceyhun Bayramov paraqvaylı deputatları qəbul edib

13 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Paraqvay Respublikasının Parlamentinin nümayəndə heyəti – Deputatlar Palatasının Xarici Əlaqələr Komissiyasının sədri, eyni zamanda Paraqvay-Azərbaycan dostluq qrupunun rəhbəri Valter Enrike Harms Sespedes və Senatdakı Paraqvay-Azərbaycan dostluq qrupunun sədri Lukas Orlando Akino Xara ilə görüşüb.

XİN-dən verilən məlumata görə, qonaqları salamlayan nazir Ceyhun Bayramov, iki ölkə arasında mövcud olan əlaqələrin məmnunluq doğurduğunu və Azərbaycanın Paraqvayla əlaqələrin inkişafına önəm verdiyini qeyd edib.

Əvvəlki məqalə

Makron Ukraynaya səfər edəcək

Sonrakı məqalə

Norveçə Ukraynadan ilk yaralı əsgərlər gəlib