Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Brüsselə səfər getdi

17 Dekabr 2020 - 09:00

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclasında iştirak etmək məqsədilə Brüssel şəhərinə yola düşüb.

Bu barədə XİN-in Mətbuat Xidməti idarəsi məlumat yayıb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Avropa İttifaqı, eləcə də Belçika Krallığının rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.