Səbail rayonu ərazisində yerləşən çimərlikdə oğurluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Səbail rayonu ərazisində yerləşən çimərlikdə bir nəfərin 3300, digər şəxsin isə 3000 manat dəyərində mobil telefonlarının oğurlanması barədə polisə məlumat daxil olub.
Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.