Çin Ticarət Nazirliyi üç ABŞ şirkətini etibarsız təşkilatlar siyahısına əlavə edib.
Azpost.info xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
Tədbirlər Tayvana silah satışı ilə bağlı görülüb.
Məhdudiyyətlər “General Atomics Aeronautical Systems”, “General Dynamics Land Systems” və “Boeing Defence”, “Space & Security” şirkətlərinə qarşı tətbiq edilir.
Müvafiq addımın məqsədi ölkənin suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qorumaqdır. Korporasiyaların Çinlə ticarətlə məşğul olması, eləcə də ölkəyə yeni sərmayələr yatırması, onların rəhbərlərinin Çinə daxil olması qadağan edilib.
Bundan başqa, “Boeing Defence”, “Space & Security” şirkəti Tayvana silah satışı ilə bağlı müqavilələrin məbləğindən iki dəfə çox cərimə ödəməlidir.
Azpost.info