Çin alimləri havadan içməli su istehsal edən qurğu hazırlayıb

Çin alimləri atmosferdən birbaşa içməli su əldə etməyə imkan verən yeni texnologiya hazırlayıblar. AzPost xəbər verir ki, layihə Şanxay Jiaotun Universitetinin mütəxəssisləri tərəfindən təqdim olunub və artıq müxtəlif iqlim şəraitində sınaqdan keçirilib.

Sistem kondensasiya və rütubətin udulması üsullarını istilik nasosu ilə birləşdirir. Qurğu yüksək temperaturlarda və aşağı rütubətdə işləyə bildiyi üçün quraq bölgələr üçün uyğundur.

Alimlər eyni zamanda tam avtonom, günəş enerjisi ilə işləyən stansiya yaradıb. Onun ölçüsü kiçik avtobus dayanacağı qədərdir və xarici infrastruktur olmadan fəaliyyət göstərə bilir. Qurğu 15–40 dərəcə temperatur və 35–99% rütubət şəraitində işləyərək gündə 50 litr içməli su istehsal edə bilir. Daha böyük platforma isə gündə 1,6 min litr su təmin edə bilər və kiçik qəsəbələr və ya otellər üçün nəzərdə tutulub.

Layihənin müəllifləri bildirirlər ki, bu texnologiya su çatışmazlığı olan və ya su təchizatının qeyri-sabit olduğu bölgələr üçün effektiv həll ola bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.