“Çin Avropanın təhlükəsizliyinə təhdidlərə töhfə verir”- BLİNKEN

“Çin Avropanın təhlükəsizliyinə təhdidlərə töhfə verir”.

Azpost.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

Blinken bir daha ABŞ administrasiyasının Çinin Rusiyanın hərbi-sənaye kompleksini dəstəklədiyinə dair iddialarını təkrarlayıb. Eyni zamanda o, Pekinin Rusiyanı silahla təmin etmədiyini etiraf edib.

“Avropa üçün bu o deməkdir ki, Çin ən ciddi təhlükəsizlik təhdidlərindən birini dəstəkləməkdə rol oynayır”, – ABŞ dövlət katibi bildirib.

Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Lyu Penyuy bildirib ki, Birləşmiş Ştatlar Çinin Rusiyaya hərbi dəstək verdiyi barədə dezinformasiya yayır. Onun sözlərinə görə, Pekin Ukraynada “münaqişə tərəflərinin heç birinə heç vaxt silah verməyib və Pekinlə Rusiya arasında iqtisadi və ticari əməkdaşlıq heç bir üçüncü tərəfə qarşı yönəlməyib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanı Paris Olimpiadasında təmsil edəcək cüdoçular bəlli olub

Sonrakı məqalə

Azərbaycan və Ermənistan arasında sülh əlçatandır