Çin BMT-də Rusiyanın “təcavüzkar” kimi tanınmasını dəstəklədi– 122 ölkə qətnamənin lehinə, 5-i əleyhinə oldu

Çin BMT-də Rusiya əleyhinə sənədlərin səsverməsi zamanı “bitərəf” qalmaq təcrübəsindən imtina edib.

Azpost.info xəbər verir ki, Çin nümayəndə heyəti Ukraynaya hərbi müdaxiləyə görə Rusiyanın “təcavüzkar” adlandırıldığı qətnaməyə səs verib.

Bu barədə İslandiyanın BMT-dəki nümayəndəliyinin məlumatında deyilir.

Qətnamədə həmçinin Rusiyanın hərbi təcavüzünün qurbanlarına dəyən zərərin ödənilməsi və beynəlxalq hüquq normalarının pozulmasında günahkar olan bütün şəxslərin məsuliyyətə cəlb edilməsi tələb olunur.

Sənədə Çindən başqa, Qazaxıstan, Rusiya hakimiyyətinin “dost” adlandırdığı digər ölkələr də səs verib. Onların arasında Hindistan, Braziliya və Türkiyə var. Tacikistan və Özbəkistan bitərəf qalıb.

122 ölkənin dəstəklədiyi sənədin əleyhinə cəmi 5 ölkə – Rusiya, Belarus, Konqo Demokratik Respublikası, Nikaraqua və Suriya səs verib.

Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa bildirib ki, rusiyalı diplomatlar qətnamədən “təcavüz” ifadəsini çıxarmağa çalışıblar, lakin buna nail ola bilməyiblər.

Azpost.info

Əvvəlki məqalə

“Ermənistanın Azərbaycanın bu qərarına müdaxiləsi qəbuledilməzdir”

Sonrakı məqalə

Ərdoğan Türkiyənin milli döyüş təyyarəsinin rəsmi adını açıqlayıb