“Ermənistanın Azərbaycanın bu qərarına müdaxiləsi qəbuledilməzdir”- XİN

Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə legitim qərarı və addımı bütün beynəlxalq hüquq prinsiplərinə və normalara uyğundur.

Bu barədə XİN-dən bildirilib.

Qeyd edilib ki, Ermənistanın Azərbaycanın bu qərarına müdaxiləsi qəbuledilməzdir.

Göründüyü kimi Ermənistan tərəfi Laçın yolunda etiraz aksiyalarını şərh edərkən, Laçın yolundan qeyri-qanuni fəaliyyətlər və hərbi təxribatlar üçün istifadəyə qarşı olduğunu unudub və Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti qərarının yanlış təfsir etməkdən hələ də çəkinmir.

Əvvəlki məqalə

Xarici İşlər Nazirliyi Ermənistana cavab verdi

Sonrakı məqalə

Çin BMT-də Rusiyanın “təcavüzkar” kimi tanınmasını dəstəklədi