Çin diplomatı koronavirusa görə AQTA-da olub- FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Çindən Azərbaycana diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması ilə əlaqədar görüş keçirilib.

AQTA-dan “Report”a verilən məlumata görə, Çinin Bakıdakı səfirinin ticarət-iqtisadi məsələlər üzrə müşaviri Van Çunqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə agentliyin sədr müavinləri Rüfət Rüstəmzadə və Balarəhim Quliyev iştirak edib.

AQTA-nın sədr müavini Rüfət Rüstəmzadə qonaqlara agentliyin fəaliyyət istiqamətləri, ölkədə qida təhlükəsizliyinə nəzarətlə bağlı görülən işlər barədə geniş məlumat verib.

Sonra Çinin ölkədəki səfirinin müşaviri Van Çunqan son vaxtlar Çində meydana gələn koronavirus xəstəliyinin dünyanın bir sıra ölkələrinə yayılmasına görə təəssüfləndiyini bildirib. Məlumat verilib ki, hazırda Çində koronovirusla bağlı epizootoloji vəziyyət nəzarət altındadır.

Görüşdə Çindən Azərbaycana diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması ilə əlaqədar müzakirələr aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda bəzi marşrutların hərəkət sxemində dəyişiklik edilib

Sonrakı məqalə

“Polis bölməsinə aparılan memara qarşı heç bir təzyiq edilməyib”