“Polis bölməsinə aparılan memara qarşı heç bir təzyiq edilməyib”- BŞBPİ

Memar Elçin Əliyevin polis tərəfindən nəzakətsiz rəftara məruz qalması ilə bağlı tirajladığı fikirlər onun subyektiv yanaşmasıdır.

Bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Trend-ə bildirib ki, iddialarla bağlı müvafiq araşdırıma aparılıb. Xidmət rəisi qeyd edib ki, onun polis bölməsinə aparılması Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən, Qurban Abbasovun adını daşıyan küçədə yerləşən binalardan birinin sakinlərinin müraciəti əsasında olub:

“Qeyd olunan ünvanda çəkilişlərin aparılması sakinlərin narazılığına səbəb olub və heç bir rəsmi qurumun təmsilçisi kimi özünü təqdim etməyən Elçin Əliyevlə mübahisə yaranıb. Əraziyə yaxınlaşan polis əməkdaşları sakinləri sakitləşdirərək, şikayətçi olduqları şəxslə bağlı müvafiq araşdırmaların aparılması üçün o, Səbail RPİ 8-ci Polis Bölməsinə təhvil verilib. Qanunverciliyə uyğun olaraq, onun şəxsiyyəti müəyyən olunub, sakinlərin narazılığına səbəb olan hallarla bağlı onunla profilaktiki söhbətlər aparılmaqla sərbəst buraxılıb. E.Əliyev şikayətə rəvac verən əməlinin heç bir qanuni əsasının olmadığını bildirib. Bölmədə onunla hər hansı nəzakətsiz rəftar, yaxud fiziki təzyiq faktı baş verməyib. Hər bir vətəndaş nəzərə almalıdır ki, hüquq həm də polis tərəfindən mühafizə olunan, hamı üçün məcburi normalar sistemidir. Hər bir vətəndaşın qanun çərçivəsində polisə müraciət etmək hüququ var. Həmin hüquqlar üzrə mübahisə doğuran, vətəndaşları narahat edən hallar tərəfimizdən tam və hərtərəfli araşdırılır, qanunverciliyə uyğun müvafiq tədbir görülür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Çin diplomatı koronavirusa görə AQTA-da olub

Sonrakı məqalə

Paytaxt üzrə 5 mindən çox şagird olimpiadanın yarımfinalına çıxıb