Çin lideri Zelenskiyə münaqişənin həllinin yeganə yolunu- AÇIQLAYIB

Çin lideri Si Cinpin Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığında Pekinin Kiyevlə əməkdaşlığa hazır olduğunu bildirib.

Azpost.info xəbər verir ki, Cinpinə görə, bu, iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək üçün lazımdır.

“Çinin Ukrayna ilə münasibətləri inkişaf etdirmək istəyi ardıcıl və aydındır. Beynəlxalq vəziyyətdən asılı olmayaraq, Pekin Ukrayna ilə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün işləməyə hazırdır”, – Si Cinpin Zelenskiyə deyib.

Çin lideri onu da bildirib ki, danışıqlar münaqişənin həllinin yeganə yoludur: “Dialoq və danışıqlar yeganə mümkün çıxış yoludur”.

Azpost.info

Əvvəlki məqalə

Daha 71 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

Sonrakı məqalə

Zelenski keçmiş naziri Çinə səfir təyin etdi