Daha 71 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib- Operativ Qərargah

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 71 yeni yoluxma faktı qeydə alınıb, 73 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 199 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 762 nəfər müalicə olunaraq sağalıb, 10 233 nəfər vəfat edib, aktiv xəstə sayı 204 nəfərdir.

Ölkədə son sutka ərzində 1 585, hazırkı dövrədək isə 7 585 820 test aparılıb.

Əvvəlki məqalə

“Çin böhranın həlli üçün Ukraynaya xüsusi nümayəndə göndərəcək”

Sonrakı məqalə

Çin lideri Zelenskiyə münaqişənin həllinin yeganə yolunu