“Çin NATO-ya meydan oxuyur” –Baş katibi Stoltenberq

“NATO Çini rəqib hesab etmir, lakin alyans Pekinin öz dəyərlərinə və maraqlarına meydan oxuduğuna inanır”.

Bu sözləri NATO-nun səlahiyyət müddəti başa çatan Baş katibi Yens Stoltenberq “Yomiuri” qəzetinə müsahibəsində bildirib.

“NATO Çini düşmən hesab etmir, lakin o, bizim dəyərlərimizə, maraqlarımıza və təhlükəsizliyimizə meydan oxuyur”, – deyə o vurğulayıb. Stoltenberq, həmçinin iddia edib ki, Çin Tayvanı və ona qonşu olan ölkələri təhdid edir.

Bundan əlavə, NATO-nun Baş katibi Çini Rusiyaya hərbi dəstək verməkdə ittiham edib. O bildirib ki, bununla Pekin İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük müharibəni alovlandırır”.

Əvvəlki məqalə

İspaniya Gürcüstanı darmadağın edərərk ¼ finala çıxıb

Sonrakı məqalə

ABŞ NATO-nun Polşadakı bazasına “Abrams” tanklarını gətirib