Çin Rusiyadan quş ətinin idxalını məhdudlaşdırıb- Heç bir səbəb göstərmədən

Çin heç bir izahat vermədən Rusiyadan quş ətinin idxalını məhdudlaşdırıb.

Azpost.info xəbər verir ki, avqustun 24-dən etibarən Rusiyanın dörd böyük müəssisəsindən: Nevinnomyssk və Blaqodarnensk quşçuluq fabriklərindən, Tkaçeva adına Aqrokompleksdən və Timaşevskaya quşçuluq fermasından ölkəyə məhsul idxalı qadağan edilib.

“Rosselxoznadzor” nümayəndəsinin sözlərinə görə, agentlik Çin tərəfindən məhdudiyyətlərin səbəblərini aydınlaşdırmağı xahiş edib, lakin hələlik cavab almayıb. Eyni zamanda, qurum bildirir ki, məhdudiyyətlərə məruz qalan müəssisələrin fəaliyyət göstərdiyi hər üç bölgədə (Stavropol və Krasnodar diyarları, Samara vilayəti) quş qripi halları və onun yayılması üçün heç bir imkan yoxdur.

“Məhsulların idxalı və ixracı üçün Rusiya və Çin arasında, eləcə də digər ölkələrlə baytarlıq müqavilələri və ixrac sertifikatları imzalanır. Onlar tədarükün məhdudlaşdırılmasının şərtlərini və səbəblərini açıqlayırlar”, – fabriklərdən birinin rəhbəri bildirib.

“İdxalın dayandırılmasının bir səbəbi bəzi təhlükəli maddələrin, məsələn, antibiotiklərin qəbuledilməz konsentrasiyalarının aşkarlanması və ya məhsulun etiketlənməsi qaydalarının pozulması ola bilər”, – quşçuluq şirkətinin meneceri qeyd edib.

Mənbə əlavə edib ki, idxalın dayandırılmasının səbəbi bəlli olmadığından quşların obyektlərdən bazara çıxışının bərpasının vaxtını proqnozlaşdırmaq mümkün deyil.

Çin Rusiyanın quş əti ixracı üçün əsas bazardır. 2023-cü ilin yanvar-may aylarında ölkədən ixrac edilən 109 min ton toyuq ətinin 52,1 faizi Çinin payına düşüb.

Azpost.info

Əvvəlki məqalə

FOX telekanalı İstanbulu Türkiyə xəritəsindən silib

Sonrakı məqalə

Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib