FOX telekanalı İstanbulu Türkiyə xəritəsindən silib

ABŞ-ın “Fox” telekanalının efirdə nümayiş etdirdiyi Yaxın Şərq xəritəsində Türkiyə İstanbulsuz təsvir olunub.

Azpost.info xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti yazıb.

“Fox News” xəbərlərində istifadə etdiyi Yaxın Şərq xəritəsində bir detal diqqətimizdən yayınmadı. Kanalın istifadə etdiyi Türkiyə xəritəsində İstanbul yer almayıb”, – məlumatda deyilir.

Nəşr qeyd edir ki, bu, kanalın ilk təxribatı deyil: “Fox” kanalı bundan əvvəl də Türkiyədə keçirilən prezident seçkiləri, eləcə də Kahramanmaraşda baş verən zəlzələlərlə bağlı yalan məlumatlar yayıb”.

Azpost.info

Əvvəlki məqalə

Peterburqda kişi sevgilisini üçüncü mərtəbədən atıb

Sonrakı məqalə

Çin Rusiyadan quş ətinin idxalını məhdudlaşdırıb