Çin sədri İran prezidentinin ölümü ilə bağlı başsağlığı verib

Çin sədri Si Cinpin İran prezidenti İbrahim Rəisinin təyyarə qəzasında həlak olması ilə əlaqədar başsağlığı teleqramı göndərib.

Azpost.info xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin brifinqdə bildirib.

“Çin sədri Si Cinpin İran prezidentinin birinci müavini Məhəmməd Moxbərə teleqram göndərərək İran prezidentinin helikopter qəzasında həlak olması ilə bağlı Çin xalqı adından dərin hüznlə başsağlığı verib”, – Venbin deyib.

Çin lideri qeyd edib ki, prezident Rəisi vəzifəyə gəldikdən sonra İranın təhlükəsizliyi və sabitliyinin qorunması, eləcə də milli inkişaf və rifahın təşviq edilməsinə mühüm töhfələr verib.

Azpost.info

Əvvəlki məqalə

İranı müvəqqəti idarə etmək üçün 6 xüsusi komitə yaradılıb

Sonrakı məqalə

Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatıb