Çin sədri Si Cinpin Qazaxıstana səfər edib.
Azpost.info xəbər verir ki, bu barədə ” “Sinxua” agentliyi mılumat yayıb.
Cinpin ŞƏT Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək və burada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
“Si Cinpin Astanada Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının 24-cü iclasında iştirak etmək üçün bu gün səhər Pekindən xüsusi təyyarə ilə Qazaxıstana yollanıb”, – məlumatda deyilir.
Çin lideri prezident Emoməli Rəhmonun dəvəti ilə Tacikistana da səfər edəcək.
Qeyd edək ki, bu, Çin liderinin bu il ikinci xarici səfəridir. May ayında o, Avropa turuna çıxmış, Fransa, Serbiya və Macarıstanda olmuşdu.
Azpost.info