“Çin Ukraynadakı müharibəni bir zənglə bitirə bilər”- Finlandiya prezidenti

“Çin Ukraynadakı müharibəni bir zənglə bitirə bilər. Çin xahiş etsə, Rusiya Ukrayna üzrə sülh danışıqlarına razı olacaq”.

Azpost.info xəbər verir ki, Finlandiya prezidenti Alexander Stubb “Bloomberg”ə müsahibəsində deyib.

“İndi Rusiya Çindən çox asılıdır. Çin lideri Si Cinpindən bir telefon zəngi bu böhranı həll edə bilər. Əgər o, “sülh danışıqlarına başlamağın vaxtıdır” desəydi, Rusiya bunu etməyə məcbur olardı”, – Stubb bildirib.

Onun fikrincə, Pekin Vladimir Putinin Ukraynadakı aqressiv və müstəmləkə müharibəsinin sona çatmasından faydalanacaq, həmçinin Çinin liderliyini bütün dünyada nümayiş etdirəcək.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.