Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Ukraynada atəşkəsə, həmçinin yeni regionların Rusiyanın nəzarətində saxlanmasına çağırıb.
Azpost.info bildirir ki, bu barədə “The Wall Street Journal” məlumatlı Qərb rəsmilərinə istinadən yazıb.
“Çin nümayəndəsi… aydın mesaj verdi: ABŞ-ın Avropadakı müttəfiqləri… dərhal atəşkəsə çağırmalıdırlar”-deyə nəşr bildirib. Qeyd olunur ki, eyni zamanda Rusiya yeni regionlar üzərində nəzarəti saxlamalıdır.
Rəsmilər əlavə edib ki, xüsusi nümayəndə Avropa hökumətlərini Ukraynadakı münaqişənin daha da genişlənməsini dayandırmaq üçün tez hərəkətə keçməyə çağırıb.
Çinli həmkarı ilə danışan diplomat bildirib ki, ona Rusiya Ukraynadan qoşunlarını çıxarmayana qədər münaqişənin dondurulmasının beynəlxalq ictimaiyyətin maraqlarına uyğun olmadığı barədə mesaj veriblər.
Azpost.info