“Çin və Rusiya ilə əla işlər görə bilərik və hamı xoşbəxt olar”- TRAMP

ABŞ-ın Çin və Rusiya ilə əməkdaşlıqdan imtina etməməsi daha yaxşıdır.

Azpost.info xəbər verir ki, bu barədə ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp Miçiqanda tərəfdarları qarşısında çıxışı zamanı deyib.

Trampın sözlərinə görə, o, hər iki ölkənin liderləri Vladimir Putin və Si Cinpinlə yaxşı münasibətlərdə olub.

“Çinlə iş görmək yaxşıdır, sadəcə olaraq ədalətli şərtlər lazımdır. Rusiyanın isə çoxlu mineral ehtiyatları var. Biz əla işlər görə bilərik və hamı xoşbəxt olar”, – Tramp bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.