Çin Xalq Respublikasının Sədri İlham Əliyevi təbrik etdi:"Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verirəm”

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı bildirirəm.

Son illərdə Çin-Azərbaycan münasibətlərinin dinamik inkişafı müşahidə edilir, qarşılıqlı siyasi etimad günbəgün möhkəmlənir. “Bir kəmər, bir yol” layihəsi üzrə iki ölkənin əməkdaşlığı, habelə beynəlxalq arenada qarşılıqlı fəaliyyət uğurla və səmərəli şəkildə inkişaf edir. COVID-19 pandemiyası yayılandan sonra Çin və Azərbaycan iki xalq arasında möhkəm dostluq nümayiş etdirərək bir-birinə səmimi kömək göstərir. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm, ikitərəfli dostluq və əməkdaşlığın, müxtəlif sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın ölkələrimizin və xalqlarımızın rifahı naminə dərinləşməsi üçün Sizinlə birgə səy göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı və firavanlıq arzu edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nazir Sahil Babayev 190 manat yardımdan danışdı:

Sonrakı məqalə

“Azərbaycan ərazilərinin azad edilməsi İranın inkişafı üçün müsbət oldu” –