Çində nəhəng vağzalı sürüşdürüb döndərdilər –FOTO

Çinin Siamen şəhərində 30 min tonluq avtovağzal binası xüsusi texnika vasitələrinin köməyi ilə 90 dərəcə sürüşdürülərək döndərilib.

Azpost.info bildirir ki, 170 ədəd “Boeing 747” təyyarəsi ağırlığında olan binanın sürüşdürülməsinə fevralda başlanılıb və proses aprelin 1-də başa çatıb. Onun ən kənar nöqtəsi 288 metr sürüşdürülüb. Binanın sürüşdürülməsinə səbəb onun Fucou və Siamen şəhərləri arasında çəkilməsi nəzərdə tutulan avtomagistrala mane olmasıdır. Layihədə iştirak edən şirkətlər binanın orijinal strukturunun qorunmasına diqqət yetiriblər. Ciddi texniki-mühəndis qaydalarına uyğun həyata keçirilmiş sürüşmə uğurla başa çatıb və bir şüşə də sınmayıb.

Ginnes dünya rekordları təşkilatı bu hadisəni araşdıraraq, onu bir binanın ən uzun qövs fırlanması kimi yeni rekord kimi qeydə alıb. Layihənin icrasında iştirak etmiş şirkətlərə Ginnesin rekordlar kitabının müvafiq sertifikatı təqdim olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Pompeo yenə İranı hədələdi:

Sonrakı məqalə

Ölkədə son 15 ildə xəstələrin sayı 350 min nəfər artıb –