Çin əhalisinin sayı 2 milyondan çox azalaraq 2023-cü ildə 1,41 milyarda düşüb ki, bu da daha əvvəlki illə müqayisədə iki dəfə çoxdur.
Azpost.info xəbər verir ki, “Bloomberg” bu barədə Çin Milli Statistika Bürosunun məlumatlarına istinadən yazıb.
Əhalinin azalması doğumun azalması ilə əlaqədardır. Agentlik qeyd edir ki, 1961-ci ildən bəri ilk dəfə 2022-ci ilin sonunda əhalinin azalması qeydə alınıb.
“Bloomberg” yazır ki, ölüm nisbəti 11,1 milyon nəfərə yüksəlib ki, bu da 1960-cı ildən bəri rekord səviyyədir və 2022-ci ilin məlumatlarından demək olar ki, 700 min çoxdur.
2016-cı ildə “bir ailə, bir uşaq” siyasətinin yumşaldılmasından sonra 2023-cü ildə ölkədə təxminən 9,02 milyon uşaq doğulub ki, bu, 1949-cu ildə Çin Xalq Respublikasının yaranmasından bəri ən aşağı göstəricidir. Doğum nisbətinin artması qısamüddətli oldu və hökumətin sonrakı tədbirləri azalmanı dayandırmağa kömək etmədi.
Azpost.info