Çindən Azərbaycana gələn balıq torlarına görə araşdırma BAŞLANDI

Bakı Baş Gömrük İdarəsinin “Abşeron” gömrük postunda Çin Xalq Respublikasından Azərbaycan vətəndaşının ünvanına gələn yüklərə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, yoxlama zamanı gömrük bəyannaməsində “futbol topları və termos” kimi qeyd olunan yükün içərisindən,  gömrük orqanına bəyan edilməyən, mülki dövriyyədən çıxarılan və idxalına icazə verilməyən diametri 0.5 mm-dən az olan sintetik təkqat saplardan  toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli 4846 ədəd balıqtutan tor aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.