Çingiz Abdullayev Azərbaycanı tərk etmək istəyir –"Bezmişəm, nəsə etmək zamandır"

Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev Azərbaycanı tərk etmək istədiyini bildirib.

Azpost.info bildirir ki, tanınmış yazıçı bu barədə sosial şəbəkədə paylaşımında yazıb.

Ç.Abdullayev sosial şəbəkədə ona qarşı olan hucumlardan zinhara gəldiyini qeyd edib: “Bu axmaq zarafatlardan bezmişəm. “Axmaqlar” yazsam inciyəcəklər. “Yaramazlar” yazacam daha da inciyəcəklər. Onların hamısı məni bezdirib. Bəlkə birdəfəlik çıxıb getməyim daha doğru olar?! Çox pis oluram. Bu mənim ölkəmdir, mənim şəhərimdir. Bu şəhərin ləhcəsində danışdığım üçün belə qınanıram. Belə də yaşayırıq! Həddindən artıq adekvat olmayan adamlar var. Bu isə bütün hər şeyi korlayır. Artıq nəsə etmək, qərar vermək vaxtıdır!”-deyə yazıçı vurğulayıb.

Azpost.info

 

Əvvəlki məqalə

Məhkəmə Qubad İbadoğlunun müraciətinə baxıb –

Sonrakı məqalə

XİN Paşinyana cavab verib