“Çinin təklif etdiyi “sülh planı” yalnız Kreml üçün sərfəlidir”- ABŞ prezidenti

“Rusiya ilə Ukrayna arasında münaqişənin diplomatik yolla həlli üçün Çinin təklif etdiyi “sülh planı” yalnız Kreml üçün sərfəlidir”.

Azpost.info xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden ABC telekanalına müsahibəsində bildirib.

“Putin alqışlayır, çünki bu planda Rusiyadan başqa kiməsə faydalı olacaq bir şey görmədim. Çinin Ukrayna üçün tamamilə ədalətsiz olan müharibəyə son qoymaq üçün danışıqlar aparacağı fikri isə sadəcə məntiqsizdir”, – Bayden deyib.

Ukrayna prezidenti Vladimir Zelenski isə qeyd edib ki, Çin planı təklif deyil, daha çox Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı fikirlərinin ifadəsidir: “Razı olmadığım məqamlar var. Məncə, dünya da razılaşmır. Amma bu, artıq bir şeydir. Beynəlxalq hüquqa, ərazi bütövlüyünə və təhlükəsizliyə hörmətlə üst-üstə düşən fikirlər varsa, biz bundan istifadə etməliyik və bu nöqtədə Çinlə işləməliyik. Bizim vəzifəmiz “birilərini” təcrid etmək üçün hər kəsi toplamaqdır”.

Azpost.info

Əvvəlki məqalə

“Ukrayna Krımı qaytarmağa hazırlaşır” 

Sonrakı məqalə

TƏBİB Bakıda baş verən yol qəzası ilə bağlı məlumat yayıb