TƏBİB Bakıda baş verən yol qəzası ilə bağlı məlumat yayıb

Dünən Bakıda yol qəzasında yaralanan 5 nəfərin müalicəsi davam etdirilir.

Bu barədə TƏBİB-dən bildirilib.

Əlavə olunub ki, hazırda Sabunçu Tibb Mərkəzinin Cərrahi reanimasiya şöbəsində 2 nəfərin müalicəsinə davam edilir. Onlardan 1-nin vəziyyəti ağır, digərinin vəziyyəti isə stabil qiymətləndirilir.

Ümumilikdə, TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə baş verən hadisə ilə əlaqədar 5 nəfər yerləşdirilib:

“Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hadisə nəticəsində xəsarət alan bir nəfər ailəsinin istəyilə özəl tibb müəssisəsinə, iki nəfər isə vəziyyətlərinə uyğun olaraq TƏBİB-in tabeliyindəki Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunublar. Hazırda Sabunçu Tibb Mərkəzinin Cərrahi reanimasiya şöbəsində 2 nəfərin müalicəsinə davam edilir. Onlardan 1-nin vəziyyəti ağır, digərinin vəziyyəti isə stabil qiymətləndirilir. Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunan xəstələrdən biri ambulator müalicə üçün evə buraxılıb, bir nəfər isə öz ərizəsi ilə tibb müəssisəsini tərk edib”, – deyə TƏBİB-dən bildirilib.

Qeyd edək ki, dünən saat 22:00 radələrində paytaxtın Ziya Bünyadov prospektində bir neçə nəqliyyat vasitəsinin toqquşması nəticəsində zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Əvvəlki məqalə

“Çinin təklif etdiyi “sülh planı” yalnız Kreml üçün sərfəlidir”

Sonrakı məqalə

“Kiyevə silah tədarükü sülhə nail olmağın yeganə yoludur”