Çinin xarici ticarəti 5,8 faiz artıb

Çinin xarici ticarəti yanvar-aprel aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 5, 8 faiz artaraq, 13,32 trilyon yuana (1,92 trilyon ABŞ dolları) çatıb.

Çin Baş Gömrük Administrasiyasının məlumatına istinadla xəbər verir ki, bu dövrdə ixrac 10,6 faiz, idxal isə 0,02 faiz çoxalıb. Hesabat dövründə Çinin ən böyük ticarət tərəfdaşları Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) ölkələri, Avropa İttifaqı və ABŞ olub. Çin ixracın ümumi dəyərinə görə dünyada birinci, idxalın dəyərinə görə isə ABŞ-dan sonra ikinci yerdədir. Ümumi daxili məhsulun (ÜDM) dəyərinə görə, dünyada ikinci olan Çinin iqtisadiyyatının qlobal iqtisadiyyata təsiri olduqca böyükdür. Təsadüfi deyil ki, bir sıra təhlil mərkəzlərinin dünya iqtisadiyyatı ilə bağlı proqnozları Çin iqtisadiyyatının inkişaf proqnozlarına əsaslanır.

Əvvəlki məqalə

“Beşiktaş” klubunun Bakıya səfər proqramı açıqlanıb

Sonrakı məqalə

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır –