Conni Depp İstanbula əlində əsa ilə gəldi –VİDEO

Hollivud ulduzu Conni Depp üzvü olduğu “Hollywood Vampires” rok qrupunun konserti üçün İstanbula gəlib. 

Ötən gün 60 yaşı tamam olan aktyorun əsa ilə gəzməsi lentə alınıb.

Onun bir neçə gün öncə topuğundan zədə aldığı bildirilir.

Aktyor jurnalistlərə türkcə təşəkkür edərək avtomobilinə yaxınlaşıb.

Qeyd edək ki, qrup konsertdən əldə edilən gəliri Türkiyədə fevralın 6-sı baş verən zəlzələdən zərərçəkənlərə bağışlayacaq.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.