COP 29 Azərbaycana enerji təhlükəsizliyində mühüm rol oynamağa imkan verir- BAYDEN

“Mən növbəti dəfə Bakı Enerji Həftəsinin iştirakçılarını salamlamaqdan məmnunam. Bu əsnada mən Azərbaycanın qlobal enerji landşaftındakı rolunu son dərəcə yüksək qiymətləndirdiyimi bildirmək istəyirəm”.

Bu, ABŞ Prezidenti Co Baydenin Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil&Gas”) və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin “Caspian Power” açılış mərasimində oxunan məktubunda əksini tapıb.

ABŞ Prezidenti qeyd edib ki, bu tədbir bir daha Bakının noyabr ayında COP29-a ev sahibliyi etməsinin vacibliyini dərk etməyə imkan verir.

“COP29 Azərbaycana həm qlobal enerji təhlükəsizliyi, həm də neft-qaz təchizatı kimi məsələlərdə, həm də bərpa olunan enerji ixracında mühüm rol oynamağa və bu rolu daha da artırmağa imkan verir.

Azərbaycan xüsusilə də Avropa üçün qlobal enerji təhlükəsizliyinin vacib elementidir. Xəzər dənizindən hasil olunan qaz Avropanın bir sıra ölkələrinin inkişafında, habelə bu ölkələrdə enerji resurslarının diversifikasiyasında önəmli rola malikdir.

Azərbaycan özünün enerji tarixində növbəti səhifə açır.

Mən xüsusilə də ölkənizin yaşıl enerji sahəsinə keçid etmək niyyətini yüksək qiymətləndirirəm. Xəzər dənizinin malik olduğu önəmli yaşıl enerji potensialı neft və qaz ilə bərabər geniş ixrac potensialına malikdir”, – Bayden deyib.

Əvvəlki məqalə

İranda prezidentliyə namizədlərin seçimi başlayır

Sonrakı məqalə

Ermənistanla imzalanacaq sülh razılaşması Azərbaycanın dünya miqyasında oynadığı rolu dəyişəcək