“Pekində yerləşən “Sinovac Biotech” şirkətinin COVID-19 peyvəndi – “CoronaVac” inaktiv üsulla hazırlandığından daha təhlükəsizdir”.
Bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, inaktiv üsulla hazırlanan vaksinlərlə biz uzun müddət peyvənd olunmuşuq: “Uzunmüddətli nəticələrlə bağlı məlumatlar da var. Təhlükəsizliyinə daha çox güvəndyimiz inaktiv üsulla hazırlanan vaksinlər bu gün çox geniş istifadə olunur. Qrip vaksinləri, quduzluq əleyhinə, hepatit əleyhinə vaksinlər”.