“Reanimatoloq Elnur Abdullanın müalicəsi dövlətin nəzarətindədir”- Neftçilər Xəstəxanasının direktoru

“COVID-19 infeksiyasına yoluxan reanimatoloq Elnur Abdullanın müalicəsi ilə bağlı məsələlər dövlətin nəzarətindədir”.

Bunu APA-ya açıqlamasında Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov bildirib.

Qeyd edək ki, COVID-19 infeksiyası ilə mübarizə aparan Mərkəzi Neftçilər Xəstəxanasının reanimatoloqu Elnur Abdulla özü də virusa yoluxduğundan bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.

Musa Abbasovun sözlərinə görə, xüsusi rejimli xəstəxanalarda pandemiya ilə mübarizə aparan bütün həkimlərin səhhəti Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən daim diqqət mərkəzində saxlanılır, eləcə də virusa yoluxmuş tibb işçilərinin müalicəsi ilə bağlı bütün lazımi tədbirlər həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyada koronavirus:

Sonrakı məqalə

DYP Bakıda mobil postların sayının artırılmasına aydınlıq gətirib