DYP Bakıda mobil postların sayının artırılmasına aydınlıq gətirib

Bakıda xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş mobil polis postlarının sayında artım müşahidə olunur. Belə ki, bu gün səhər paytaxtın əsas küçə və prospektlərində Yol Patrul Xidməti əməkdaşları postlar quraraq yoxlamalar aparıb. 

Bununla bağlı APA-nın sorğusunu cavablandıran Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərini əhatə edən bütün küçə və prospektlər polis əməkdaşlar tərəfindən tam nəzarətə götürülüb: “Xidmətdə müvəqqəti mobil postların yaradılaraq təşkil edilməsi ilə bağlı göstəriş var. Hazırda bu cür xidmət aparılır. Sərt karantin rejiminə nəzarəti əməkdaşlarımız bir neçə üsulla həyata keçirir. Mobil postlar yaratmaqla və yaxud reydlər təşkil etməklə hərəkətdə olan avtomobillər və sərnişinlər yoxlanılır. Evdən çıxmasına icazə verilməyən şəxslər postdan buraxılmır”.

Vaqif Əsədov vətəndaşlara müraciət edərək zərurət yaranmadıqca onları şəxsi avtomobillərindən istifadə etməməyə çağırıb: “Bəzi vətəndaşlar stasionar postların yığışdırılmasını karantin rejiminin başa çatması kimi başa düşür. Vətəndaşlara bildiririk ki, sərt karantin rejimi davam edir. Vətəndaşlara icazələrinin olub-olmadığını yoxladıqdan sonra evdən çıxmalarını məsləhət görürük. Qoruyucu vasitələrdən istifadə etmənin vacibliyini onların diqqətinə çatdırırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Reanimatoloq Elnur Abdullanın müalicəsi dövlətin nəzarətindədir”

Sonrakı məqalə

Çingiz Qənizadənin oğlu Nərimanov rayon prokurorunun müavini təyin edilib