COVID-19 peyvəndi istehsalçılarına qarşı 209 iddia qaldırılıb- Almaniya məhkəmələrində

Hazırda Almaniya məhkəmələrində COVID-19 peyvəndi istehsalçılarına dəymiş ziyana görə kompensasiya tələb edən 209 iddia var.

Azpost.info xəbər verir ki, bu barədə Almaniya Səhiyyə Nazirliyi “Die Welt am Sonntag” qəzetinin sorğusuna cavab olaraq bildirib.

Proseslərdən biri iyulun 3-də Baden-Vürtemberq federal əyalətinin Rotveyl şəhərinin regional məhkəməsində keçirilməlidir. 58 yaşlı kişi “BionTech”ə qarşı iddia qaldıraraq peyvənd olunduqdan sonra sağ gözünün görmə qabiliyyətinin ciddi şəkildə pozulduğunu iddia edir.

Öz növbəsində peyvəndin istehsalçısı bu ittihamları əsassız hesab edir.

“Koronavirus peyvəndi alınarkən istehsalçılarla razılıq əldə olunub ki, iddiaların təmin edilməsi halında dəyən ziyanın ödənilməsi və prosesin aparılması xərclərini Aİ-yə üzv dövlətlər öz üzərinə götürüləcək. İstisna yalnız zərərin qəsdən, kobud səhlənkarlıq və ya Aİ-də qüvvədə olan qaydalara uyğun olaraq yaxşı istehsalat təcrübələrinə riayət edilməməsi səbəbindən baş verdikdə edilir”, – “dpa” Avropa Auditorlar Məhkəməsinin hesabatına istinadən yazıb.

Azpost.info

Əvvəlki məqalə

Priqojinin nəzarətində olan KİV -lər bağlanıb, saytlar bloklanıb

Sonrakı məqalə

Naxçıvan Polis Məktəbində buraxılış mərasimi keçirilib –