Priqojinin nəzarətində olan KİV -lər bağlanıb, saytlar bloklanıb- Holdinq Putinin dostuna həvalə olunacaq

Yevgeni Priqojinin “Patriot” mediaholdinqinə daxil olan “Nevskiye Novosti” və “Ekonomika seqodnya” nəşrləri bağlanır.

Azpost.info xəbər verir ki, bu barədə həmin KİV-lərin nümayəndələri məlumat veriblər.

Bu mediaholdinqin bir hissəsi olan Federal Xəbər Agentliyinin (RİA FAN) onlayn nəşri də bağlanır.

“Roskomnadzor” xidmətinin məlumatlarına əsasən, “Nevsky News”, “RİA FAN” saytlarına, həmçinin “Politika Seqodnya” və “Ekonomika Seqodnya” nəşrlərinə giriş məhdudlaşdırılıb. Bloklamanın səbəbi göstərilməyib.

“The Bell” nəşri “Patriot” media holdinqindəki iki mənbəyə və onun keçmiş əməkdaşlarından birinə istinadən yazıb ki, departament rəhbərləri tabeçiliyində olan şəxslərə baş verən hadisələrlə bağlı öz istəkləri ilə istefa məktubu yazmağı tapşırıblar.

“The Bell” mediaholdinqin yeni sahibinin Rusiya prezidenti Vladimir Putinin dostu Yuri Kovalçuk olacağını yazıb.

Azpost.info

Əvvəlki məqalə

“Vaqner” qiyamı döyüşlərə təsir etməyib, Rusiyanın müqaviməti azalmayıb” –

Sonrakı məqalə

COVID-19 peyvəndi istehsalçılarına qarşı 209 iddia qaldırılıb