COVID-19 üçün istifadə edilən modul tipli xəstəxanada vərəm xəstələri müalicə olunacaq

“Bu gündən əvəllər COVID-19 xəstələri üçün istifadə etdiyimiz Saray Modul tipli Xəstəxana vərəm xəstələrinin müalicəsi üçün istifadə olunmağa başlayacaq”.

Bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib. O bildirib ki, 200 yataqdan ibarət olan Saray Modul tipli Xəstəxanası Abşeron Mərkəzi Rayon Xəstəxanasının nəzdində fəaliyyət göstərəcək:

“Xəstəxana ən yeni avadanlıqlarla təchiz olunub. Xəstəxananın nəzdində olan 10 nəfərlik çarpayı fondu olan reanimasiya və intensiv terapiya şöbəsi fəaliyyət göstərəcək. Bu da ağciyər vərəminin ağırlaşmış formalarından əziyyət çəkən xəstələrin müalicəsi üçün istifadə olunacaq”.

O qeyd edib ki, bura çarpayı fonduna görə, ən böyük tibb mərkəzlərindəndir:

“Xəstəxananın nəzdində yalnız ağciyər vərəmi ilə bağlı deyil, həmçinin ağciyər xərçəngindən kənar vərəm xəstəliyindən əziyyət çəkən xəstələrimiz üçün şöbələr də fəaliyyət göstərir. Abşeron Mərkəzi Rayon Xəstənasının nəzdində olan Saray Modul tipli Vərəm xəstəxanası Bakı, Sumqayıt, Abşeron, Xızı rayonunda və ətraf bölgələrdə olan bütün vərəmli xəstələrin müalicəsi üçün istifadə olunacaq”.

Əvvəlki məqalə

Biləsuvar sakini qohumunu güllələyib

Sonrakı məqalə

Hesablama Palatası illik hesabatlarını təqdim etməyən dövlət qurumlarını